Gray and Black Dslr Camera Beside Sun Hat and Sunglasses

Gələcək İllərdə Popularlaşacaq 6 Səyahət Trendi

Bu gun səyahət 10 il bundan əvvəlki kimi deyil. Trendlər hər il dəyişir. Gəlin bizi yaxin zamanda turizm aləmində nələr gözlədiyi haqqında danışaq.

#1 – Yay Fəsli Uzunlaşır

Planetamız istiləşir və iqlim dəyişir. Alimlər bu ilin keçən ildən daha isti olacağını proqnozlaşdırırlar. Artıq cənub bölgələrində, məsələn, Yunanıstan və Türkiyədə rekord istilər barədə xəbərdarlıqlar verilir. Bu vəziyyət səyahət və turlara dəyişməyə məcbur edəcək.

Proqnozlara görə, “yay mövsümü” uzanacaq – mart-aprel aylarında başlayıb oktyabrda bitəcək. Turistlər isti yerlərə daha çox “sərhəd” dövrlərində gedəcək, yay (iyun, iyul və avqust) isə soyuq yerlərə səfərlər üçün ayrılacaq. Soyuq yerlərdə yeni fəaliyyətlər yaranacaq: su əyləncələri, buz terapiyası, qarda meditasiya və s.

Lakin bəzi şeylər əbədi qalacaq. Ekspertlər əmindirlər ki, İspaniya, Fransa və İtaliya il boyu populyar qalacaq. Turistlər mədəni və gastronomik kəşflər üçün bu ölkələrə səyahət etməyə davam edəcəklər. Ancaq yeni yerlər seçəcəklər.

Havayolları artıq bu standartlara uyğunlaşır: mövsümi uçuş proqramlarını uzadılır və tələbat olan yeni istiqamətlər açılır.

yeni trend- qarda meditasiya

#2 – Çox Əvvəlcədən Planlamaq

Yaşayış xərcləri (təəssüf ki, artmaqda) dəyişir. Bunun bir çox səbəbi var: pandemiya, inflyasiya, miqrasiya, müharibələr… İnsanlar xərclərə daha diqqətli yanaşmağa məcbur olurlar. Bu da səyahətlərə təsir edir.

Çoxlu turistlər artıq aylar (hətta yarım il) əvvəl planlamağa başlayırlar: ən yaxşı variantları, daha büdcəli uçuşları, mənzilləri və istiqamətləri axtarırlar, loyallıq proqramlarından istifadə edirlər. Bu trendlər Gen Z “finfluencerlər”dən (financial influencers – maliyyə təsirçiləri) gəlir, onlar açıq şəkildə nəyə pul xərcləməyə hazır olduqlarını və olmadıqlarını, necə qənaət etdiklərini, düşüncəsiz alış-verişlərdən necə qaçdıqlarını və minimumla necə yaşadıqlarını paylaşırlar.

Blogerlər, həmçinin, büdcəli səyahət üçün məsləhətlər paylaşırlar: daşıyıcılar və otellərdən sərfəli təkliflər tapmaq, müəyyən bir gündə rezervasiya etmək, qiymətləri rahat tətbiqlər vasitəsilə yoxlamaq – TikTok-da bu barədə çox məlumat var!

səyahətçi
səyahətçi

#3 – Populyar Yerləri Daha Az Məşhur Olanlara Dəyişmək

Həm yerli sakinlər, həm də turistlər həddindən artıq turizmdən yorulublar. British Airways Holidays sorğusunda iştirak edən turistlərin 70%-dən çoxu qeyri populyar olan yerlərə getməyə hazır olduqlarını bildiriblər. Bu statistika həm gənclər, həm də yaşlılar üçün demək olar ki, eynidir.

Məsələ budur: Barcelona, Venesiya və digər turistik şəhərlərə tamamilə getməkdən imtina etməyi tələb etmirik, amma onları səyahətinizin əsas nöqtəsi etməmək vacibdir. Çoxlu əla alternativlər var. Bir az araşdırma – və daha sakit və daha ucuz bir yerdə əla bir təcrübə əldə edəcəksiniz.

İtaliya

#4 – TikTok ilə Planlamaq

Mifləri dağıdırıq: TikTok yalnız “vaxt öldürmək” üçün deyil, həm də super faydalı məzmun təqdim edə bilər – bunu Google və ChatGPT-dən əldə etmək mümkün deyil! Sadəcə təsəvvür edin: milyonlarla insan dünya üzrə yerləri araşdırır və öz təcrübələrini video və postlarda paylaşır.

TikTokda ingilis dilində sorğu yazın, məsələn, “Paris-də qeyri-adi barlar”(İnteresting bars and pubs in Paris to visit) və ya “Barcelona-dan hara getmək olar”( Where to go/ what to do in Barcelona). Əgər yox, cəhd edin – o qədər gizli yerlər tapacaqsınız ki, bütün Google xəritəsi işarələrlə dolacaq.

TikTok səyahətləri və təcrübələri dəyişir. Vaxt itirmədən necə istifadə etməyi bilsəniz, hər hansı bir səyahət üçün məsləhətlər verəcək ideal səyahət köməkçiniz olacaq.

Photography of Store

#5 – Offline İstirahət

Pandemiya həyatımıza bir gözəl ixtira gətirdi – distant iş. İndi bir çox insanlar fasiləsiz səyahət edə bilərlər. Bunun üçün lazım olan yalnız noutbuk və yaxşı WiFi-dir. Amma rəqəmsal köçərilərin də həyatları ideal deyil.

Ofisdən kənarda işləmək tez-tez sərhədləri pozur. Əlbəttə, hər hansı bir vaxtda fasilə vermək və sonra işləmək yaxşıdır, amma digər tərəfi də var – biz email-lərlə günə başlayırıq və onlarla bitiririk. Buna görə mütəxəssislər yeni bir trend – offline məzuniyyət, ya da rəqəmsal detoks və ya cihazsız səyahətlər proqnozlaşdırırlar.

Gələcək illərdə turistlər “tətilə ciddi yanaşmalıdırlar” – istirahətə getdikdə, tam istirahət etməlidirlər. Bu, həm “sərfəlidir”, həm də mental vəziyyət və yaradıcı uğurlar üçün faydalıdır.

detoks seyahət

#6 – Netflix və Prime ilə Səyahət

Bu mövsümün ən güclü trend-setterləri məlum olub ki, tiktokerlər deyil, seriallar və filmlərdir. Getdikcə daha çox insan səyahətləri üçün Netflix, Amazon Prime və ya digər streaming xidmətlərində gördükləri yerləri seçirlər. Bu səyahətlər, əslində, çox yadda qalan olur – çünki ekranda izlədiyiniz hadisələri yaşayırsınız.

Turizm şirkətləri daha da irəli gedir və şou motivləri üzrə turlar yaradırlar: Məsələn, Visit California-nın “Barbie” turu var, Dharma isə “Emily in Paris” turları başladıb.

Gələcək il dəqiqən trenddə olacaq ölkələr Fransa, İtaliya, Cənubi Koreya, İspaniya və Yunanıstandır – və bütün bunlar Netflix-in sadiq pərəstişkarlarına görədir.

Studio warner de la série tv friends

Similar Posts

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir