Architectural Photography of Golden Gate Bridge, San Francisco

Dünyanın Ən Məşhur 10 Görməli Yeri

Hər bir ölkənin diqqətə və ziyarətə layiq olan gəzməli-görməli yerləri var. Lakin elə yerlər var ki, sadəcə adı çəkiləndə belə biz onları dərhal tanıyırıq. Sizə dünyanın ən tanınan və məşhur top 10 gəzməli turistik yerlərini təqdim edirik.

Kolizey (İtaliya)

Photo of Road During Dawn

Turist Kolizeyi görməyibsə, demək ki, Romada olmayıb. Böyük amfiteatr eramızdan əvvəl 70-ci ildə imperator Vespasianın rəhbərliyi altında yaradılıb. Uzun müddət bu yer gladiator döyüşləri üçün istifadə olunurdu, daha sonra isə digər ictimai tədbirlər keçirilirdi. Sonuncu gladiator döyüşü burada eramızın 435-ci ilində baş tutub.

Giza Piramidaları (Misir)

Görməli Yeri Misir

Əsas piramida Xeops ehramı (piramidası) olan böyük kompleks. Bu, qədim dünyanın bu günümüzə qədər gəlib çıxan yeganə möcüzəsidir. Piramidalar fironların dəfn olunması üçün tikilirdi, onları Tanrılara bərabər sayırdılar. Misirə gedərsinizsə, mütləq bu qədim misir tikilisini ziyarət etməyi təklif edəcəklər.

Azadlıq Heykəli (ABŞ)

Azedliq heykeli Amerika

ABŞ-ın əsas simvolu olan bu heykəl dünyanın ən çox ziyarət edilən görməli yerlərindən biridir. Amerika arzusu ilə yaşayan hər kəs bu yerə gəlib Nyu-Yorkun gözəlliklərini görməyi özünə borc bilir. Böyük heykəl bura Fransadan gətirilib, lakin əvvəlcə amerikalılar onu bəyənmirdi. Zaman keçdikcə bu mədəni dəyərin əhəmiyyəti anlaşılmışdır. Hər il buraya 4 milyon turist gəlir, foto çəkdirir və müşahidə meydançasına qalxır.

Böyük Çin Səddi (Çin)

Böyük Çin Səddi (Çin)

Qədim və möhtəşəm tikili təkcə yerli əhali arasında deyil, həm də digər ölkələrdən gələn turistlər arasında çox populyardır. Səddin ümumi uzunluğu 6300 kilometrdir, demək olar ki, bütün Çin ərazisindən keçir və VII əsrdə tikilməyə başlanıb. İndi bu görməli yerin vəziyyəti yaxşı deyil, buna görə də hakimiyyət turistlər üçün səddin analoqlarını yaradır. Həmçinin ev tikmək üçün daşları sökən yerli əhali ilə də mübarizə aparılır.

Tac-Mahal (Hindistan)

Tac Mahal Hindistan

Asiyanın möcüzəsi, tarixi abidə və müsəlman dünyasının mərkəzi. Tikinti 1632-ci ildə başlanmış və 17 il davam etmişdir. Onun yaradıcısı Şah Cahan sayılır. Bu tikili Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikilib. İndi bu görməli yer dünya irsi siyahısındadır.

Big Ben (Böyük Britaniya)

big ben ingiltere

İngiltərənin və ümumiyyətlə Britaniyanın simvolu. Ölkəyə səfər etdikdə Londonda mərkəzi saat qülləsi olan Big Ben mütləq ziyarət edilməli yerlər sırasındadır. Big Ben Vestminster sarayının bir hissəsi sayılır. Qeyri-adi ad, memar Benjamin Hall-un ləqəbi ilə əlaqələndirilir.

Eyfel Qülləsi (Fransa)

Elef qullesi parij fransa

Fransızların sevmədiyi, lakin hər il milyonlarla insanı cəlb edən ən tanınan yer. Qüllənin hündürlüyü təxminən 300 metr, çəkisi isə 10 min tona qədərdir. Qüllənin adı mühəndis Qustav Eyfel ilə əlaqədardır. Tikinti sərgi tədbiri üçün nəzərdə tutulmuşdu, lakin nəticədə bu günə qədər sədaqətlə xidmət edir. 1920-ci ilə qədər qüllə dünyanın ən hündür tikilisi hesab olunurdu.

Sidney Opera Teatrı (Avstraliya)

Sidney Opera

Axtarış sistemində Sidney yazdığınız zaman mütləq bu gözəl oval binanı görəcəksiniz. Bu, opera teatrıdır və dünya üzrə tanınan bir abidədir. Hər il burada 1500 teatr tamaşası keçirilir və ziyarətçilərin sayı 7 milyona çatır.

Stounhenge (Böyük Britaniya)

Solsberidə yerləşən, darıxdırıcı, lakin tanınan görməli yer. Qədim abidə bir neçə düzülmüş daşlardan və çoxlu sayda kurqanlardan ibarətdir. Bəzi alimlər bu yerin 4-5 min il əvvəl yerli əhali tərəfindən tikildiyini iddia edirlər.

Qızıl Qapılar (ABŞ)

amerika golden gate korpusu

Kaliforniyada yerləşən ən tanınan körpü. Bu tikilinin xüsusiyyəti uzunluğu və asma konstruksiyasıdır. Onun tikintisi üçün 100-dən çox sütun lazım olmuşdur, hər birinin hündürlüyü 227 metrə çatır. Körpü 1937-ci ildə açılmış və 27 il ərzində ən uzun körpü olaraq qalmışdır.

Əlavə məlumat:

Bu top 10 görməli yerlər həmişə turistlər arasında populyar olacaq. Lakin turizm aləmində yeni trendlər, istiqamətlər və turlar da var. Yeniliklər haqqında bu yazıdan oxuya bilərsiniz.

Bu yerləri gəzmək üçün sizə çox güman ki, viza lazım olacaq. Viza tələbləri barədə ətraflı məlumat almaq üçün səfirliklərə və ya rəsmi vebsaytlara müraciət edə bilərsiniz.

Viza əldə etmək üçün ve ya sadəcə səyahət zamanı özünü daha arxayın hiss etmək üçün, səyahət sığortası haqqənda məlumatı oxuyun

Ehtiyaclarınıza uyğun bir plan seçin və ucuz səyahət sığortasını onlayn rəsmiləşlə ilə partrorlarımızdan alın

Viza almaq istəmirsiz/alınmır? Vizasız ölkələr haqqında məlumatı oxuyun

Similar Posts

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir