Türkiyədə gözəl şəkillər harada çəkmək olar?
Dostlar, biz əminik ki, səyahət təkcə ağıl üçün qida deyil, həm də gözlər üçün bir ləzzətdir. Səyahət etmək dünyagörüşünüzü genişləndirir və estetik zövq almağa kömək edir. Gözəl fotoşəkillər çəkə biləcəyiniz çoxşaxəli və mənzərəli ölkələrdən biri də Türkiyədir və bu yazıda məhz bu ölkədən danışacağıq. Burada hər şey var: təbiət, qədim memarlıq, möhtəşəm çimərliklər. Türkiyənin 5 bölgəsində mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısını hazırladıq — məqaləni yaddaşa saxlayın və dostlarınıza göndərin, axi sizə səyahət üçün fotograf lazim olacaq!
Məzmun
Fəthiyə
Türkiyənin cənub-qərb sahillərində yerləşən mənzərəli kurort şəhəri. Antik şəhərlər, yaxtalar, dağlar — bu şəhərdə sizi heyran edəcək və ruhlandıracaq hər şey var.
-Kayaköy
Luis de Bernierin “Qanadsız quşlar” əsərini oxumusunuzmu (oxumamısınızsa, fərqi yoxdur, səyahətə getməzdən əvvəl və ya sonra oxuyun)? Eskisehir şəhərini xatırlayırsınız? O, o qədər də uydurma deyil. Əslində, bu şəhər cənub-qərbi Türkiyədə yerləşən, indi tərk edilmiş yunan kəndi olan Kayaköy-dən ilhamlanaraq yaradılmışdır. Bu kənd təpələr arasında yerləşir və yarımdağılmış evlər və kilsələrlə dolu unikal bir yer kimi tanınır.
Bu məkan çox vaxt “xəyal şəhəri” adlandırılır. Kayaköy 1920-ci illərdə sakinlərinin buranı tərk etməsi ilə belə bir vəziyyətə düşmüşdür. İndi Kayaköy UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmişdir və açıq hava muzeyi kimi qorunur.
— Kəpənəklər Vadisi
Türkiyənin sahillərində, yüksək qayalar və yaşıl meşələrlə əhatə olunmuş sakit bir yer. Bu vadi minlərlə parlaq kəpənək və sərin şəlalələri ilə tanınır.
Buraya yalnız qayıqla və ya piyada çatmaq olar, bu da təbiət sevənlər üçün buranı daha da cəlbedici və sirli edir.
— Babadağ
Türkiyənin sahillərindən yuxarı ucalan əzəmətli bir dağ. Onun hündürlüyü 1969 metrdir. Bura paraşütlə tullanma həvəskarlarının sevimli məkanıdır.
Zirvədən Aralıq dənizi və ətraf mənzərələrinə heyranedici mənzərələr açılır. Babadağa dırmaşmaq və onun zirvəsindən paraşütlə tullanmaq, ekstremal idman və təbiət həvəskarları üçün unudulmaz bir təcrübədir.
Dağı araşdırmaq üçün xüsusi kanat yoluda mövcuddur.
— Likya Yolu
Türkiyənin ən məşhur piyada marşrutlarından biridir və Fethiyedən Antalya sahillərinə qədər uzanır.
O, qədim şəhərlərdən, mənzərəli kəndlərdən, dağlardan və çimərliklərdən keçir. Marşrut üzərində Myra şəhəri, Türkiyənin cənubunda yerləşən qədim və orta əsr şəhəridir. Şəhər birbaşa qayaların içində yerləşir, hətta məzarlar da qayaların içində oyulmuşdur. Çox gözəl bir yerdir! Bənzər yerlər Pınara və Ksantoda da tapıla bilər.
Həmçinin, suya batmış bir şəhərə də baxa bilərsiniz. Kekova şəhəri e.ə. II əsrdə suyun altına batmış, bəzi tikililər səthdə qalmış, lakin çoxu şəffaf suda görünür. Bunu gəmi ilə araşdırmağı məsləhət görürük.
Bodrum
Bu rayon və şəhər Egey dənizinin sahilində yerləşir. Ağ evləri, gözəl çimərlikləri və qədim Yunan dövrünə aid zəngin tarixi ilə məşhurdur.
— Dəyirmanlar
Bodrum və Gümbe arasında bir təpədə yerləşən tarixi tikililərdir və şəhərə və sahilə heyranedici mənzərələr açılır.
Xüsusilə gün batımında çəkilən fotoşəkillər çox gözəl çıxır, çünki dəyirmanlar yumşaq günəş işığı ilə işıqlanır. Bu, Bodrumun simvolu və gözəl kadrlar sevənlər üçün mütləq ziyarət edilməli yerdir!
— Köhnə Şəhər
Ağ evlər, mavi pəncərələr və qapılarla bəzədilmiş dar küçələr labirinti. Burada bir çox məkan tapa bilərsiniz ki, onların fonunda şəkil çəkdirib dostlarınıza Türkiyəni tanıyıb-tanımadıqlarını yoxlaya bilərsiniz. Aralarında rahat kafelər, suvenir mağazaları və çiçəklənən bağlar da var.
Kəmər
Aralıq dənizi sahilində yerləşən liman şəhəridir. Gözəl çimərlikləri, kristal təmiz suyu, mənzərəli və sərin meşələri, həmçinin fon rolunu oynayan heyranedici Toros dağları ilə məşhurdur. Şəhər zəngin gecə həyatı ilə seçilir və aktiv gəncləri cəlb edir.
— Olimpos
Türkiyənin cənub-qərbində, Aralıq dənizi sahilində, sıx meşələr və hündür dağlarla əhatə olunmuş qədim şəhərdir. Onun təxminən e.ə. III əsrdə piratlar tərəfindən qurulduğu güman edilir.
— Yanartaş
Əsrlər boyu yanan məşhur təbii qaz ocaqları. Onların parıltısı gecə fotoşəkilləri üçün möhtəşəm kadrlar yaratmağa imkan verir. Yanartaş ərazisində həmçinin qədim xarabalıqlar və qədim kurqanlar var. Bu yerə yaxın ərazidə qədim yunan tanrısı Hermesin məzarının da olması güman edilir.
— Pamukkale
Bu məkan, travertindən ibarət ağappaq terrasları ilə məşhurdur. Onlar kalsiumla zəngin olan isti mineral bulaqların sayəsində yaranmışdır. Su yamacdan axaraq firuzəyi su ilə dolu hovuzların kaskadlarını yaradır. Pamukkale sözü “Pambıq qalası” kimi tərcümə olunur ki, bu da onun xarici görünüşünü tamamilə doğruldur. Burada çimməkdə mümkündür!
Təpənin zirvəsində Roma hamamlarının, amfiteatrın və nekropolların qalıqlarını görə biləcəyiniz qədim Hierapolis şəhəri yerləşir.
İstanbul
Təbii ki, bu yazıda İstanbulu yada salmamaq olmazdı. İstanbulun gözəllikləri və unikal məkanları haqqında daha çox məlumat almaq istəyirsinizsə, ayrıca məqaləmizlə tanış olun!